“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

20 Aprel 2018 11:13

Xəbər 1175 dəfə oxunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) hesabına tələbələrə əlavə təqaüd veriləcək.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə “AXDG” QSC-nin daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcrübəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixtisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.“AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) məzunları dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.Bundan başqa, ADDA tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.Digər tərəfdən, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün “Zəmanət Məktub”u verilir.Bütün bunlarla yanaşı, “AXDG” QSC rəhbərliyinin qərarına əsasən dənizçilik sahəsində təhsil alan tələbələrin təhsilə olan maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün həvəsləndirici layihələr də həyata keçirilir. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında və akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.Bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə “AXDG” QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.xeber100.com

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar. MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.xeber100.com

Dekabr 9, 2023 19:44