“AzerGold” QSC 2018-ci ilin yekunlarına həsr olunan iclas keçirib

1 Fevral 2019 12:52

Xəbər 72 dəfə oxunub

“AzerGold” QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclas keçirilib. İclası giriş sözü ilə açan “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı haqqında geniş söhbət açıb. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin ölkə ərazisində fəaliyyət göstərən hər bir müəssisənin inkişafı üçün münbit şərait yaratdığını bildirən sədr 2018-ci ilin ölkəmiz kimi, “AzerGold” QSC üçün də uğurlu olduğunu vurğulayıb. Ötən il QSC tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34 faiz, gümüş hasilatı üzrə göstəricilərdən 53 faiz çoxdur.Hazırda “AzerGold” QSC Çovdar yatağında hasilat işlərini uğurla davam etdirir. Bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523 min 220 manat vergi ödənilib. Bu il, Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.xeber100.com

Reklam