“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

28 Noyabr 2018 14:51

Xəbər 85 dəfə oxunub

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 63,03 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Reklam

“QAZ” avtomobillərinin ixrac olunması planlaşdırılır

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunacaq "QAZ" avtomobillərinin İran, Gürcüstan və Türkiyəyə ixrac olunması planlaşdırılır.Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.O qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobil zavodunun tikintisi layihəsi Azərbaycanla Rusiya arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir.Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.xeber100.com

Fevral 9, 2019 20:41

“AzerGold” QSC 2018-ci ilin yekunlarına həsr olunan iclas keçirib

"AzerGold" QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclas keçirilib. İclası giriş sözü ilə açan "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı haqqında geniş söhbət açıb. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin ölkə ərazisində fəaliyyət göstərən hər bir müəssisənin inkişafı üçün münbit şərait yaratdığını bildirən sədr 2018-ci ilin ölkəmiz kimi, "AzerGold" QSC üçün də uğurlu olduğunu vurğulayıb. Ötən il QSC tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34 faiz, gümüş hasilatı üzrə göstəricilərdən 53 faiz çoxdur.Hazırda "AzerGold" QSC Çovdar yatağında hasilat işlərini uğurla davam etdirir. Bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523 min 220 manat vergi ödənilib. Bu il, Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.xeber100.com

Fevral 1, 2019 12:52

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə…

Ötən il dekabrın 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı yeniliklər bu il fevralın 4-dən etibarən həyata keçiriləcək.Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif və biznes vaqonlarda yemək, sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz qalacaq.xeber100.com

Yanvar 31, 2019 13:30