“Azeri LT CIF” markalı neftin qiyməti…

10 Avqust 2018 19:56

Xəbər 86 dəfə oxunub

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,31% artıb.Milli.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 73,42 dollar/barelə bərabər olub.Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.xeber100.com

Reklam

“Brent” neftinin bir barreli Londonun ICE birjasında

Neftin qiyməti son 2,5 ayın minimumuna enib.Azərtac xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti günə 73,30 dollardan başlayıb. Beləliklə də, “Brent”in qiyməti bu il avqustun 21-dən etibarən ən aşağı səviyyəyə düşüb.Ekspertlər hesab edir ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin noyabrın 4-də tətbiq olunacağına baxmayaraq, tədarükdəki artım qiymətdə aşağı istiqamətli təzyiq yaradır. Üstəlik, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkənin xam neft ehtiyatları ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatdığını açıqlaması, eləcə də Birləşmiş Ərəb Əmirlikləri və Liviyanın İranın bazardakı boşluğunu doldurmaq səyləri də neftin qiymətinin ucuzlaşmasına təsir edən faktorlardandır.Analitiklər isə ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı telefon danışığının iki ölkənin “ticari müharibəsinin” intensivliyini azaldacağını gözləyirlər. Onların fikrincə, neft ixrac edən ölkələrin istehsal həcmlərini artması qiymətin formalaşmasında əsas rol oynayır. Neft bazarı və qlobal iqtisadi gözləntilər isə orta müddətdə “qara qızıl”ın qiymətinin sabit qalacağı istiqamətindədir.Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 73,05 dollara, “Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 63,63 dollar/barrelə alıcı axtarır.xeber100.com

Noyabr 2, 2018 15:50

III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.ABA-dan Azərtac-a bildiriblər ki, forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.Xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq.Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.xeber100.com

Oktyabr 29, 2018 11:28