Badminton Federasiyasının məlumatı

9 Fevral 2019 20:15

Xəbər 163 dəfə oxunub

Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, bu mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb. Beynəlxalq Badminton Federasiyasının builki təqvim planına daxil olan “Azerbaijan International 2019” turniri iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək.Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir.Badmintonçularımızın son beynəlxalq turnirlərdə qalib olması bu idman növünə marağı bir qədər də artırıb. Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonin Minskdə keçirilən, “International Challenge” kateqoriyalı “Belarus International 2018” turnirində həm şəxsi, həm də qoşa yarışlarda birinci olması Azərbaycan badmintonunun tarixində mühüm hadisədir.xeber100.com

Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə “A” qrupunda mübarizə aparacaq.Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.Hazırlıq prosesinə Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Vaqif Həsənov (“Keşlə”) dəvət olunub.xeber100.com  

Avqust 20, 2019 14:11

Braziliyalı yarımmüdafiəçi “Bavariya” klubunun heyətində çıxış edəcək

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.xeber100.com

Avqust 19, 2019 13:06