Bakı Ekspo Mərkəzində əsərlərinin satış-sərgisi təşkil ediləcək

26 Aprel 2019 12:38

Xəbər 83 dəfə oxunub

İyunun 17-dən iyulun 17-dək Bakı Ekspo Mərkəzində azərbaycanlı rəssamların əsərlərinin satış-sərgisi açılacaq.Azərtac xəbər verir ki, satış-sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.Sərgidə iştirak etmək istəyən rəssamlar iki sənət əsərinin fotosu, ölçüləri, icra texnikası və adını qeyd etməklə 077 -717- 33-37 nömrəsinin “Whatsapp” ünvanına mayın 10-dək göndərə bilərlər.xeber100.com

“Rossiyskaya qazeta” yazır…

“Rossiyskaya qazeta”da Azərbaycanda turizmin inkişafına həsr olunmuş məqalə dərc edilib.Azərtac xəbər verir ki, Olqa İvanovanın “Mersi, Baku!” adlanan məqaləsində son illərdə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin, Formula-1 yarışlarının, “Jara” festivalının ölkəmizə çoxlu sayda turistin gəlməsinə səbəb olduğu qeyd edilir. Bildirilir ki, Rusiyadan Azərbaycana həm Moskvadan, həm də regionlardan “Aeroflot” və “AZAL” şirkətlərinin təyyarələri ilə birbaşa reyslərlə gəlmək olar.Bakının geniş prospektləri, parkları və gözoxşayan memarlıq üslubu ilə turistləri cəlb etdiyini vurğulayan müəllif “Brilyant əl”, “Amfibiya adam” və Ceyms Bond haqqında filmlərdən birinin Bakıda çəkildiyini xatırladıb.Məqalədə deyilir ki, Azərbaycanda hər büdcəyə uyğun otel tapmaq mümkündür. Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını təklif edən yerli restoran və kafelər də diqqətdən yayınmayıb. “Əgər yolu tapa bilməsəniz, yerli sakinlərdən soruşa bilərsiniz. Bakı sakinləri qonaqpərvərdirlər. Bakı həm də təhlükəsiz şəhərdir. Yerli sakinlər deyirlər ki, şəhərdə gecələr də rahat gəzmək olar”, - deyə müəllif vurğulayır.Məqalədə turistlərə “Yanardağ” Tarix-Dövlət Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmək, Abşeron çimərliklərində dincəlmək təklif olunur. “Azərbaycana səyahətdən həzz almaq üçün cəmi bir həftə kifayətdir”, - yazan müəllif oxucularına burada unudulmaz istirahət vəd edir.xeber100.com

İyun 26, 2019 19:47

Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.xeber100.com

İyun 18, 2019 17:14