“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

13 Aprel 2019 18:54

Xəbər 106 dəfə oxunub

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro qatarlarının təmir müddətini açıqlayıb.Trend-in məlumatına görə, QSC-nin Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov bildirib ki, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edir:”Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər”.F.Əhmədov əlavə edib ki, qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir olunması qatarın hərəkət müddətini sağlamlaşdırır.xeber100.com

“Caspian Event Organisers” şirkətinin məlumatına görə…

Sentyabrın 12-14-də Bakıda II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift&Promo 2019” keçiriləcək.“Caspian Event Organisers” şirkətindən Azərtac-a bildirilib ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.Qeyd edək ki, “Gift&Promo 2019” sərgisi korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VIP hədiyyələr, həmçinin hədiyyələr təqdim olunacaq. Eyni zamanda, reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distribüterləri ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.Sərgiyə üç gün ərzində 3 minədək ziyarətçinin gələcəyi gözlənilir. Onların sırasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar.Sərgidə VIP hədiyyələr, suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksesuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalar, floristika, xüsusi toy sektoru və sair nümayiş olunacaq.xeber100.com

İyul 23, 2019 11:28

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

İyulun 16-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, ƏMDK-nın dövlət əmlaklarının özəlləşdirilməsində tətbiq etdiyi innovativ hərrac sistemi prosesdə iştirakı investorlar üçün daha əlçatan edir. Hərraca çıxarılmış bütün dövlət əmlakları üzrə elektron seçim və sifariş, o cümlədən özəlləşmədə virtual iştirak imkanı hər kəs üçün hərraclara onlayn qoşulmaq fürsətləri yaradır. Açıq və şəffaf hərraclardakı müasir şərait investorların dövlət əmlaklarının özəlləşdirməsinə marağını artırmağa, eləcə də vətəndaş məmnuniyyətinin və rahatlığının təminatına yönəlib. Eyni zamanda, bu üstünlüklər özəlləşdirməni sürətləndirir, fərqli iqtisadi sahələr üzrə yeni biznes obyektlərinin yaranmasına və inkişafına dəstək verir.Budəfəki hərracda 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirildi. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87,4 kvadratmetr olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirilib.Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak etdi. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirib.Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçib. İlkin hərrac qiyməti 3 min manat olan “Nissan Maxima” markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi olub.Cari ilin ilk 6 ayında komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilib, 270-dək dövlət əmlakı özəlləşdirilib. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilib, 4 dövlət əmlakının hərracında sifarişçilər “Elektron hərrac” proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.xeber100.com  

İyul 16, 2019 20:26

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müraciəti…

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.DANX-dən Azərtac-a bildirilib ki, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus “Mercedes Vito” markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib və bunlardan 3-ü azyaşlıdır. Dəfələrlə sərnişinlərə müntəzəm qanuni daşımalardan istifadə edərək ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edilir. Qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirilən monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlərin bu cür işbazları müdafiə edərək qohum olduqlarını iddia etmələri nəticəsində arzuolunmaz bu cür hallarla müşayiət olunur.Respublikanın sərnişin axını sıx müşayiət edilən bütün avtovağzallarından mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün sərnişinlər heç bir problem olmadan qanuni daşımalarla səfərlərini daha təhlükəsiz başa vura bilər. Sərnişindaşıma üçün standartlara cavab verməyən mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır.xeber100.com

İyul 9, 2019 16:34