Bakı metrosunda 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq

30 İyul 2019 21:18

Xəbər 30 dəfə oxunub

Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.Bu barədə Azərtac-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.Xatırladaq ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC cari ildə Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edib. İki qatar hazırda Bakı Metrosunda sərnişinlərə xidmət göstərir. Vaqonların istismar müddəti 30 ildir.xeber100.com

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Sentyabrın 17-də hərraca çıxarılacaq dövlət əmlaklarına seçim başlayıb.Əmlak Məsələləri Dövlət Komitəsindən Azərtac-a bildirilib ki, qurum tərəfindən innovativ üsullar tətbiq edilməklə keçirilən hərraclar davam etdirilir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda vətəndaşlar həm onlayn qaydada, həm də hərrac keçirilən məkana gəlməklə iştirak edə bilərlər. Sentyabrın 17-də keçiriləcək hərraca ümumilikdə 57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsi ümumi faydalı sahəsi 3312 kvadratmetr olmaqla 62 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4 saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324,8 kvadratmetr ilə 1772,7 kvadratmetr arasındadır.Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45 faizini təşkil edir.xeber100.com

Avqust 19, 2019 14:18

Misir Mülki Aviasiya Nazirliyi yeni qərar qəbul edib

Qahirə ölkənin aeroportlarının təhlükəsizliyinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün mənbələr tapıb. Misir Mülki Aviasiya Nazirliyi aviasərnişinlərdən tutulan rüsumların məbləğinin artırılması və yeni rüsumlar tətbiq edilməsi barədə qərar qəbul edib.Azərtac “tourbus.ru”ya istinadla xəbər verir ki, noyabrın 15-dən başlayaraq Misir aeroportundan beynəlxalq mütəmadi, yaxud çarter reysi ilə uçan hər bir sərnişindən 25 dollar rüsum tutulacaq. Hazırda uçuş üçün vergi 20 dollardır. Daxili reyslərlə uçan sərnişinlər də xərcə düşəcəklər, çünki onlardan da rüsumlar tutulacaq, lakin onlar cəmi 5 dollar ödəyəcəklər.Bundan əlavə, aeroport xidmətinə görə rüsumlar 15 faiz artırılacaq.Yeniliklər bununla bitmir. Misir aeroportlarında təhlükəsizlik sistemlərinin və prosedurlarının işlənib hazırlanması və tətbiqi üçün səyyahlardan xüsusi rüsumlar tutulacaq. Noyabrın 15-dən bütün aeroportlarda hər bir sərnişin bu məqsədlər üçün 2 dollar ödəyəcək. Lakin Şarm əş-Şeyxə uçanlar iki dəfə çox - 4 dollar ödəməli olacaqlar. Planlaşdırılan rüsumlar həm Amerika dolları, həm də dollara ekvivalent olan Misir dinarı ilə tutulacaq. Nazirliyin sərəncamında sərnişinlərin aviasiya təhlükəsizliyi üçün rüsumları necə ödəyəcəyi barədə heç nə deyilmir. Lakin həmin məbləğ, çox güman, aviabiletin qiymətinə əlavə ediləcək.Müstəqil Misir KİV-lərinin yaydığına görə, yeni rüsumların tətbiqinin səbəbi bir sıra Avropa ölkələrinin aviasiya sahəsində təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üçün Misirə borc verməkdən və ya qrant ayırmaqdan imtina etməsi ilə bağlıdır.xeber100.com

Avqust 17, 2019 23:34

Beynəlxalq Aeroportun məlumatı əsasında…

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bunun 2,6 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur.Yeddi ayda 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, həmin müddətdə 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olub.Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - Azərbaycan Hava Yolları (AZAL) və “Buta Airways” müvafiq olaraq 1,1 milyon və 306 min sərnişin daşıyıb. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 8 faiz çoxdur.Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 milyon təşkil edib ki, bunun da 33 faizi AZAL-ın, 13,4 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6 faiz olub.Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayında populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai” və “AirArabia” seçilib.Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər yerinə yetirir.Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsi baxımından “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.xeber100.com

Avqust 9, 2019 13:57