Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

27 Sentyabr 2018 13:38

Xəbər 72 dəfə oxunub

Paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, bilik yarışının keçirilməsinin əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlarda özünüifadə vərdişlərini aşılamaqdır.Səbail rayonu üzrə IX-XI sinif şagirdləri arasında Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda komandalar hər biri 12 sualdan ibarət olmaqla üç mərhələdə yarışıblar.İntellektual oyunun nəticələri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, 7 nömrəli tam orta məktəb birinci, 189-190 nömrəli tam orta məktəb ikinci, 160 nömrəli Klassik gimnaziya isə üçüncü yerə layiq görülüb.Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılan tədbirlər çərçivəsində həyata keçirilib.xeber100.com

Reklam

Növbəti sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək. İmtahanlar saat 10:00-da başlanacaq.Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.xeber100.com

Noyabr 5, 2018 12:11

Dövlət İmtahan Mərkəzi konfranslar təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Bakı şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçiriləcək.Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq və bu qurumun həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.DİM-dən Azərtac-a bildirilib ki, konfranslarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı ictimaiyyət nümayəndələri məlumatlandırılacaq. Həmçinin ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqədar təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat veriləcək.Konfransların yekununda ötən il ərzində fərqlənən imtahan rəhbərləri və nəzarətçilərin təltifolunma mərasimi keçiriləcək.Konfranslar Gəncədə noyabrın 3-də, Şəkidə noyabrın 5-də, Lənkəranda noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakıda isə noyabrın 17-də təşkil olunacaq.xeber100.com  

Noyabr 1, 2018 11:40

Növbəti sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 7-də və 17-də keçiriləcək sınaq imtahanları saat 10:00-da başlayacaq.Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq noyabrın 7-də və 17-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.xeber100.com

Oktyabr 31, 2018 14:40

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 28-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, Bakı şəhərində təşkil olunacaq bu imtahanda iştirak etmək üçün BA qrupu üzrə 332, BB qrupu üzrə 1124, ümumilikdə isə 1456 namizəd qeydiyyatdan keçib.İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda saat 11.00-da başlanacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com

Oktyabr 25, 2018 14:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün seminar keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə təşkil olunan seminarda Nərimanov rayonundakı tam orta məktəblərin ingilis dili müəllimləri iştirak ediblər.Seminarın keçirilməsində əsas məqsəd ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir. Seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində “Sinfin idarə olunması” mövzusunda keçirilən təlim proqramını müvəffəqiyyətlə başa vuran ingilis dili müəllimi Reyhan Rzayeva moderatorluq edib. O, sinfin idarə edilməsinə dair təqdimatla çıxış edib.Tədbir iştirakçıları şagirdlərin idarə olunması, valideynlərlə işin təşkili, korporativ əməkdaşlıq, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya mövzuları barədə beynəlxalq təcrübə ilə tanış olublar. Seminarda məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsini dəstəkləmək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqla bağlı müəllimlərə tövsiyələr də verilib. Habelə tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə ətrafında ingilis dili müəllimlərinin təəssüratları dinlənilib, suallar cavablandırılıb.xeber100.com

Oktyabr 18, 2018 12:50