Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək

21 Oktyabr 2017 21:29

Xəbər 813 dəfə oxunub

Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.Y.İsakov əlavə edib ki, sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür. Biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycan şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək. Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar Wi-Fi şəbəkəsi ilə təchiz edilib. Sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.Qeyd edək ki, sərnişinlər biletləri on gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərlər.xeber100.com

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar. MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.xeber100.com

Dekabr 9, 2023 19:44