“Barselona” futbol klubu “Valensiya”nı qəbul edib

3 Fevral 2019 12:33

Xəbər 110 dəfə oxunub

İspaniya La Liqasının 22-ci turunda “Barselona” doğma meydanda “Valensiya”nı qəbul edib.Milli.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.Oyunda hesabı 24-cü dəqiqədə Qameyro açıb. 32-ci dəqiqədə isə Parexo penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları hesabda irəli çıxarıb. Lakin 39 və 63-cü dəqiqələrdə Messi dubl etməklə oyunda tarazlığı bərpa edib.Bununla da, “Barselona”nın qələbə seriyasına son qoyulub və hazırda 50 xalla birinci yerdə, “Valensiya” isə 30 xalla 7-ci yerdədir.xeber100.com

“Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin final mərhələsində 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Abşeron” və “Sumqayıt – 70” komandaları birincilik uğrunda mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Sumqayıt-70” komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. “Xırdalan” komandası yarışı ikinci, “Fuzuli” isə üçüncü pillədə başa vurublar.Qaliblərə kubok, medallar, qiymətli hədiyyələr və pul mükafatı verilib.Tədbir çərçivəsində müxtəlif viktorinalar da təşkil olunub. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini verib.Ənənəvi xarakter alacaq festivalın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də minifutbolun kütləviliyini artırmaqdır.xeber100.com

İyul 15, 2019 17:23