“Barselona” futbol klubu yeni müqavilə bağlayıb

25 Sentyabr 2018 11:16

Xəbər 34 dəfə oxunub

İspaniyanın “Barselona” klubu futbolçu Serxio Buskets ilə yeni müqavilə bağlayıb.Azərtac xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il “Barselona” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.“Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 16 ildir ki, “Barselona”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.Qeyd edək, ispaniyalı yarımmüdafiəçi “Barselona” klubunda 498 dəfə meydana start heyətdə çıxıb, 13 dəfə fərqlənib. S.Busketsin hesabında 33 məhsuldar ötürmə var.xeber100.com

Reklam

Avropa birinciliyində finalçılar müəyyənləşib

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.Bu barədə Azərtac-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub. O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.xeber100.com

Oktyabr 16, 2018 10:07