“Barselona”nın hücumçusu Argentina komandasına daxil olunub

8 Mart 2019 16:15

Xəbər 32 dəfə oxunub

“Barselona”nın hücumçusu Lionel Messi qarşıda duran yoldaşlıq oyunları üçün Argentinanın futbol üzrə yığma komandasınının heyətinə daxil olunub.Trend-in məlumatına görə, bunu ölkənin Futbol Assosiasiyasının mətbuat xidməti bildirib.31 yaşlı forvard Rusiyada 2018-ci ildə keçirilən Dünya Çempionatından sonra yığmaya ilk dəfə çağırılıb. 2018-ci ilin iyul ayından argentinalılar 6 yoldaşlıq oyunu keçirib, Messi onların heç birində iştirak etməyib.Qeyd edək ki, Argentina yığması martın 22-də öz meydanında Venesuela komandası, 26-da isə Mərakeş yığması ilə qarşılaşacaq.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27