“Bavariya” futbol klubu yeni müqavilə imzalamaq niyyətindədir

7 Mart 2019 12:13

Xəbər 37 dəfə oxunub

“Bavariya” futbol klubunun rəhbərliyi polşalı hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.Azərtac Almaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2023-cü ilin yayınadək qüvvədə olan yeni müqavilənin imzalanması nəzərdə tutulur. “Bavariya” klubu yayda “Leypsiq”dən Timo Verneri transfer etmək fikrindədir. Lakin Münxen klubu R.Levandovskini komandadan kənarlaşdırmaq istəmir. Buna səbəb yay transferində Arien Robbenin və Frank Riberinin klubdan ayrılmasıdır.Polşalı hücumçu cari mövsümdə “Bavariya”da keçirdiyi 33 görüşdə 27 dəfə fərqlənib.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27