BBC telekanalının məlumatına əsasən…

6 Oktyabr 2017 15:37

Xəbər 88 dəfə oxunub

Kataloniya polisinin başçısı Jozep Luis Trapero oktyabrın 6-da Madrid məhkəməsinin qarşısına çıxıb. O, dövlətə qarşı qiyamda şübhəli bilinir.BBC telekanalı xəbər verir ki, Trapero müstəqillik barədə referendum ərəfəsində İspaniya Milli Qvardiyası əməkdaşlarının etirazçılardan mühafizəsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur.Məhkəməyə, həmçinin “Kataloniyanın müstəqilliyi uğrunda” hərəkatın iki əsas fəalı və yerli polisin bir əməkdaşı da çağırılıb.İspaniya hökuməti Kataloniyanın müstəqilliyi haqqında oktyabrın 1-də keçirilən referendumu qanunsuz hesab edib. Bununla bağlı Madrid məhkəməsində dinləmələr keçirilir. Cinayət işi sentyabrın 20-də regionun İqtisadiyyat Nazirliyinin binası önündə müstəqillik tərəfdarları ilə İspaniya polisi arasında qarşıdurmalarla bağlı açılıb.İspaniyanın cinayət məcəlləsinə əsasən, qiyam 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.xeber100.com

Reklam

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Bu gün Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.Azərtac-ın verdiyi məlumata görə, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub.Məhz A. Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur. 2017-cı il Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen, tarixə nəzər salaraq, nüvə silahının insanlığa yaratdığı təhlükə barəsində danışıb. O xatırladıb ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq, bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Berit Reiss-Andersen deyib ki, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb.“Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”nın İcraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vurğulayan Beatrice Fihn deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb.Sonda 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Setsuko Thurlov çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb.xeber100.com

Dekabr 10, 2017 21:58

“Brexit” danışıqlarının ilk mərhələsi yekunlaşıb

“Brexit” üzrə danışıqlarda üç əsas mövzu - vətəndaşların hüquqlarının qarşılıqlı qorunması, İrlandiya sərhədləri və Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağa görə ödəyəcəyi vəsait məsələlərində irəliləyiş əldə olunub.Euronews telekanalı  xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya-Aİ danışıqlarının ilk mərhələsinin nəticəsi üzrə məruzədə yer alıb.Britaniyanın Baş naziri Tereza Mey Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Şurasının başçısı Donald Tuskla danışıqlar aparmaq üçün Brüsselə gəlib. Mey və Yunkerin 15 səhifəlik “irəliləyiş barədə məruzəyə” qol çəkdiyi bildirilir. “Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə sazişin əsas məqsədi Aİ və Böyük Britaniya vətəndaşlarının qarşılıqlı müdafiəsi, Aİ çərçivəsində və insanların seçimi nəticəsində əldə olunan hüquqlarının qorunmasıdır”, - məruzənin mətnində belə deyilir.İrlandiya məsələsində tərəflər Şimali İrlandiya və İrlandiya Respublikası arasında sərhədləri maksimal dərəcədə sərbəst saxlamaq barədə razılaşıblar. Maliyyə öhdəliyinə gəldikdə isə Britaniyanın ödəyəcəyi vəsaitin məbləği hələ bildirilmir, lakin tərəflər onun hesablanması metodu üzrə razılığa gəliblər. “Financial Times” jurnalı bu məbləğin 40-60 milyard avro olacağını yazır.Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək.xeber100.com

Dekabr 8, 2017 15:33