Berlində tətil səbəbindən onlarla reys ləğv edilib

8 Yanvar 2019 20:52

Xəbər 50 dəfə oxunub

Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi səbəbindən onlarla reys ləğv edilib və ya gecikib.Trend-in məlumatına görə, bundan əvvəl Almaniyanın “Verdi” Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə tətil etməyə çağırmışdı.Bir çox sərnişinlər əvvəlcədən tətil barədə məlumatlandırılıb. Tətil ən azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslərin göndərilməsində çətinlik yaranıb, 25 uçuş təxirə salınıb. Bununla belə, tətilin nəticə vermədiyi bildirilir.Qeyd edək ki, söhbət uçuşların təhlükəsizliyinə cavabdeh olan 23 min əməkdaşın maaşının artırılmasından gedir.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17