Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatı

10 İyul 2019 18:32

Xəbər 29 dəfə oxunub

İran uranın zənginləşdirilməsində 4,5 faizlik həddə çatıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzv dövlətlərə verdiyi məlumatda deyilir. Diplomatik dairələrdən mətbuata sızan məlumatlara görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 213,5 kiloqrama çatıb.2015-ci ildə İranla bağlanmış beynəlxalq nüvə razılaşmasına əsasən, İran uranın zənginləşdirmə dərəcəsi ilə bağlı 3,67 faizlik həddi keçməmək barədə öhdəlik götürmüşdü. 2018-ci ilin may ayında ABŞ razılaşmadan birtərəfli qaydada geri çəkildikdən sonra İran da bu ölkəyə qarşı sanksiyaların ləğv edilməməsini əsas gətirərək, razılaşmanın şərtlərinə əməl etməkdən boyun qaçırıb. İran tərəfi iyulun 7-dən etibarən bu razılaşmada göstərilən maksimal həddin keçərli olmadığını və uran zənginləşdirilməsində müstəqil plan icra edəcəyini elan edib.Qeyd edək ki, beynəlxalq razılaşmaya əsasən, İran 202,8 kiloqram zənginləşdirilmiş urana sahib ola bilər. Hazırda Aİ ölkələri və BAEA İranla bu ölkənin nüvə proqramına dair razılaşmanı xilas etmək və ya yeni razılaşma əldə etmək üçün bütün mümkün diplomatik vasitələrdən yararlanmağa çalışırlar.xeber100.com

Ukraynada nöbədənkənar parlament seçkiləri başlayıb

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.Azərtac  xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində üç dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq.Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.xeber100.com  

İyul 21, 2019 16:23

Birləşmiş Millətlər Təşkilatının məlumatı əsasında…

BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksəksəviyyəli Siyasət Forumunun “nazirlər seqmentinin” iclasında bildirib ki, hazırda planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur. Onun sözlərinə görə, 2050-ci ildən bəri işsizliyin artması tendensiyası zəifləsə də, maaşların artımında durğunluq hökm sürür, qadınların 30 faizi və gənc kişilərin 13 faizi təhsilsiz və işsizdir.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, A.Quterreş 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə dair qəbul olunmuş proqramın uğurlu olması üçün hələ çox işlər görülməli olduğunu vurğulayıb. Baş katib qeyd edib ki, bəzi sahələrdə müəyyən inkişafa nail olunsa da, qlobal inkişaf üzrə vəziyyət o qədər də yaxşı deyil. Ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin səviyyəsi yüksək olaraq qalır.A.Quterreş gender bərabərliyi məsələsinə də toxunaraq qeyd edib ki, son dörd ildə bu sahədə dünyanın heç bir ölkəsi yetərincə tədbirlər görməyib. “Qadınlar əvvəllər olduğu kimi, indi də ayrı-seçkiliyə şərait yaradan qanunlarla üz-üzədirlər, zorakılığa məruz qalırlar, kişilərə yaradılan imkanlardan məhrumdurlar”, deyə baş katib əlavə edib.BMT-nin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət dayanıqlı inkişaf Hədəflərinə nail olmaq üçün bu sahəyə dövlət və özəl sərmayələrin həcmini artırmalı, qeyr-bərbərliyi azaltmalı, miqrasiya prosesləri üzrə Qlobal müqavilənin şərtlərinə əməl etməli və insan hüquqlarına hörmət etməlidir. O xatırladıb ki, bütün bu mühüm məsələlər BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında müzakirə olunacaq. A.Quterreş hökumətləri bu vacib tədbirə konkret fəaliyyət proqramları ilə gəlməyə çağırıb.xeber100.com

İyul 17, 2019 14:50

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur. Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.xeber100.com

İyul 9, 2019 16:57

Rusiya Xarici İşlər Nazirliyi etiraz notası göndərib

Rusiya Xarici İşlər Nazirliyi Osakada keçirilmiş G20 sammitinin materiallarında Kuril adalarının cənubunu yapon adası kimi göstərdiyinə görə Yaponiyaya etiraz notası göndərib. Bunu iyulun 4-də keçirdiyi brifinqdə Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova bildirib.TASS informasiya agentliyi xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, iyulun 2-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsinə müvafiq etiraz notası təqdim olunub. Sənəddə göstərilib ki, yapon tərəfinin Osaka sammitində özünün sədrlik funksiyalarından Rusiyaya qarşı ərazi iddiaları məqsədilə sui-istifadə etməsi yolverilməzdir.M.Zaxarova əlavə edib ki, bu cür hərəkətlər Yaponiyanın Baş Naziri Sindzo Abenin Rusiya ilə münasibətlərə xələlə gətirəcək hər hansı addımlardan çəkinmək barədə dəfələrlə verdiyi bəyanatlara da ziddir.Moskva və Tokio uzun illərdir İkinci Dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsinin hazırlanması istiqamətində danışıqlar aparırlar. Bu məsələdə başlıca əngəl Kuril adalarının cənub hissəsi ilə əlaqədar fikir ayrılığıdır. Müharibədən sonra arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və onlara bitişik kiçik adaların ona məxsus olduğunu bildirir. İyunun 29-da Vladimir Putin və Sindzo Abe arasında keçirilən görüşdən sonra yapon lider mətbuat konfransında bildirmişdi ki, tərəflər Kurilin cənub hissəsində keçmiş yapon sakinlərin əcdadlarının məzarlarının avqust-sentyabr aylarında ziyarət edilməsi barədə razılıq əldə ediblər. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti ilə görüşdə danışıqları davam etdirmək və bu adalarda birgə təsərrüfat fəaliyyətini həyata keçirmək qərara alınıb.xeber100.com

İyul 4, 2019 17:23