Beynəlxalq İslam Akademiyası yaradılıb

19 Aprel 2018 15:36

Xəbər 267 dəfə oxunub

Prezident Şavkat Mirziyoyevin Fərmanı ilə Özbəkistan İslam Akademiyası və Daşkənd İslam İnstitutunun bazasında Özbəkistan Beynəlxalq İslam Akademiyası yaradılıb.Yeni qurumun Qaraqalpaq Respublikası, Səmərqənd, Namanqan və Surxandərya vilayətlərində filialları fəaliyyət göstərəcək. Akademiyada Hədis üzrə Elmi Məktəb, İxtisasartırma Mərkəzi fəaliyyət göstərəcək.Akademiya dünyanın müxtəlif ölkələrindən, eləcə də MDB ölkələrindən tələbələr qəbul edəcək. Uğur qazanan tələbələrə İmam Buxari adına dövlət mükafatı da veriləcək.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17