Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək

12 Mart 2019 14:40

Xəbər 89 dəfə oxunub

NUR Art House qalereyasında “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalının keçirilməsinə həsr olunmuş mətbuat konfransı olub.Azərtac xəbər verir ki, birinci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı 2017-ci ildə Berlin şəhərində keçirilib. Festivalın təsisçisi Dünya Xalqlarının Mədəniyyəti və İncəsənəti Beynəlxalq Assosiasiyasının sədri, Qazaxıstanlı rəssam Bulat Mekebayevdir. Artıq uzun illərdir Almaniyada yaşayan və işləyən rəssam təkcə qazax təsviri sənətini deyil, həmçinin bütün türk dünyası rəssamlarının əsərlərini təqdim edir.Mətbuat konfransında müxtəlif ölkələrdən təmsilçilərin iştirak etdikləri birinci Berlin festivalı haqqında videoçarx nümayiş etdirilib. Bulat Mekebayev festivalın iştirakçıları və fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2020-ci il martın 11-də Bakıda keçiriləcək növbəti festivalda xarici ölkələrdən nümayəndələrin iştirakı gözlənilir.xeber100.com

Reklam

3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub.“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və başqaları çıxış edərək sağlamlıq turizmə həsr olunan tədbirin əhəmiyyətini qeyd ediblər.Bildirilib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.xeber100.com  

Aprel 23, 2019 12:27