“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində

4 Avqust 2019 16:56

Xəbər 33 dəfə oxunub

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən və Azərbaycan hərbi aşpazlarının da iştirak etdiyi “Səhra mətbəxi” müsabiqəsinə start verilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın hərbi aşpazları tərəfindən hazırlanan müxtəlif milli yeməklərimiz yarış iştirakçılarına və qonaqlara təqdim edilir.xeber100.com