Beynəlxalq təlimlərin başlaması ilə bağlı brifinq keçirilib

14 May 2019 13:11

Xəbər 89 dəfə oxunub

Türkiyədə “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.Mayın 24-dək davam edəcək hərbi təlimlərə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “Mi-35” və iki “Mi-17” helikopteri cəlb olunub.xeber100.com