Beynəlxalq Valyuta Fondunun təqdimatında

11 Oktyabr 2017 13:54

Xəbər 21 dəfə oxunub

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri iqtisadiyyatın inkişafının yenidən baxılmış proqnozunu təqdim ediblər. Onlar bildirirlər ki, dünya iqtisadiyyatının hazırkı vəziyyəti ötən ildəkindən xeyli dərəcədə fərqlənir.BVF ekspertləri hazırda dünya iqtisadiyyatının onların əvvəlki proqnozları ilə müqayisədə daha yüksək sürətlə inkişaf etməsini təsdiqləyirlər.Azərtac xəbər verir ki, BVF-in tədqiqat bölməsinin direktoru Mauri Obstfeld deyib: “Biz qlobal iqtisadiyyatın bu il 3,6 faiz, gələn il isə 3,7 faiz artım təşkil edəcəyini gözləyirik. Bu, bizi sevindirməyə bilməz, çünki artım bir sıra regionlarda – həm inkişaf etmiş ölkələrdə, həm Asiyanın keçid iqtisadiyyatı ölkələrində, həm də Avropada eyni vaxtda baş verir”.Rusiyanı çıxmaq şərtilə, bütövlükdə MDB ölkələrində iqtisadiyyatın bu il 2,9 faiz, gələn il isə 3,3 faiz artacağı proqnozlaşdırılır.Eyni zamanda, BVF iqtisadçılarının fikrincə, iqtisadiyyatın bərpası fonunda əməkhaqqı hətta zəngin ölkələrdə də son dərəcə yavaş artır. Bundan başqa, iqtisadi artım hər yerdə müşahidə olunmur: neft ixrac edən ölkələrdə, həmçinin qeyri-sabit vəziyyət yaranmış ölkələrdə, əsasən, Yaxın Şərqdə, Latın Amerikasında, Şimali Afrika və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində vəziyyət daha ağırdır.BVF-in hesablamalarına görə, iqtisadiyyatın nikbin göstəricilərinin arxasında uzunmüddətli dövrdə məhsuldarlığın zəif artımı müşahidə olunur. İnkişaf etmiş ölkələrdə 2017-ci ildən 2022-ci ilədək olan dövrdə adambaşına istehsalın həcmi 1,4 faiz artacaq. 1996-cı ildən 2005-ci ilədək bu göstərici 2,2 faiz təşkil edib.xeber100.com

Reklam

II Bakı Şopinq Festivalı start götürüb

Oktyabrın 15-dən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürüb. Budəfəki Şopinq Festivalı birincidən çox fərqli və daha yeni imkanlar vəd edir.Azərbaycan Konqreslər Bürosundan Azərtac-a bildirilib ki, noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır. Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AzərTürk Bankdır.Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar. Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün “Park Bulvar Mall”da isə “Şopomania” oyunu, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət “Uğurlu çarx” əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.xeber100.com

Oktyabr 16, 2017 15:22

“Azərbaycanın elektrik enerjisi bazarı haqqında”…

“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsi müzakirə edilib.Azərbaycan Respublikasının Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, müzakirələr energetika nazirinin müavini G.Cavadovla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis, qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.Nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılmasıdır. O, bu məqsədlə USAID-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. G.Cavadov layihənin ilkin variantının nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.Qurumun Azərbaycan üzrə missiyasının direktoru M.Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji Yol Xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib.USAID-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri S.Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.xeber100.com

Oktyabr 16, 2017 15:17