“Bild dam Sonntag” qəzeti yazır…

3 Yanvar 2019 10:46

Xəbər 45 dəfə oxunub

Formula 1 üzrə “Mersedes” komandası alman pilot Mik Şumaxerə gənc yürüşçülərin inkişafı proqramında iştirak etməyi təklif etməyib.Azərtac “Bild dam Sonntag” qəzetinə istinadla xəbər verir ki, yayılan şayiələrə görə, “Mersedes” və “Ferrari” komandaları Miki öz sıralarına cəlb etmək üçün rəqabət aparırlar. “Kral yürüşləri”nin yeddiqat çempionu Mixael Şumaxerin oğlu ötən il Avropada Formula 3 yarışlarının qalibi olub, bu ildən isə Formula 2-də çıxış edəcək.“Mersedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf deyib: “Mik Formula 3 yarışlarını “Mersedes” motoru ilə udub, lakin indi biz ona özünü inkişaf etdirmək imkanı verməliyik. Hazırda bizim gənclər proqramında yerlərin sayı məhduddur. Mənim üçün prioritet olan 2020-ci ildə Esteban Okon üçün yer tapmaqdır”.xeber100.com

Reklam