Hərbi-dəniz təlimlərinə start verilib

16 Oktyabr 2017 15:40

Xəbər 264 dəfə oxunub

Koreya yarımadasının ətrafındakı sularda ABŞ və Koreya Respublikası silahlı qüvvələri birgə hərbi-dəniz təlimlərinə başlayıblar.Beş gün davam edəcək təlimlərə oktyabrın 16-da start verilib. Təlimlər Şimali Koreya tərəfindən törədiləcək təxribatların qarşısının alınması və birgə əməliyyatların səmərəliliyinin artırılması məqsədini daşıyır.Hərbi təlimlərdə ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Ronald Reyqan” atom aviadaşıyıcı gəmisi daxil olmaqla 40 gəmi, o cümlədən Koreya Respublikasının “Aedis” sistemləri ilə təchiz edilmiş esminesləri iştirak edir. Təlimlərə qırıcı və patrul təyyarələri də qatılıb.İki ölkə hərbiçilərinin Şimali Koreyaya məxsus sualtı qayıqlara və raketlərə qarşı təlimlər keçəcəyi bildirilir. Bundan əlavə, düşmənin Koreya Respublikası ərazisinə daxil olmaq istəyən xüsusi təyinatlılarına qarşı hücum əməliyyatları da nəzərdən keçirilir.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18