Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı yazır…

13 Aprel 2018 13:53

Xəbər 125 dəfə oxunub

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş silsilə məqalələrin davamı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetində “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına ümumxalq səsverməsi kimi baxırlar” sərlövhəli yeni məqalə dərc olunub.Azərtac xəbər verir ki, seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasından ən layiqlisini seçdiyini, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib. O, bir neçə seçki məntəqəsində monitorinq apardıqlarını diqqətə çatdıraraq, seçicilərin tam şəffaf şəraitdə səs verdiyini və müsahibə aldığı seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi İlham Əliyevə səs verdiyini bildirib, onların İlham Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.Müəllif yazır ki, İlham Əliyevə səs verən 70 yaşlı Heydər İsmayılov adlı seçici onun ölkədə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirib. O, 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən Azərbaycanın hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevrildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayır.xeber100.com

Reklam

Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.Azərtac xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında “qərar” sözündən sonra “sərəncam” sözünün əlavə edilməsi təklif olunur.Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.xeber100.com

Noyabr 30, 2018 15:27