Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclası keçirilib

3 Yanvar 2019 12:41

Xəbər 86 dəfə oxunub

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nın yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyinə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.BMT TŞ on beş üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beşi ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru, Küveyt və Kot-Divuar BMT TŞ-nın yeni qeyri-daimi üzvü olacaqlar.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17