Birləşmiş Millətlər Təşkilatının hesabatında

3 Dekabr 2018 13:05

Xəbər 157 dəfə oxunub

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini “seks sənayesində” köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə “kölgə iqtisadiyyatının” müxtəlif sahələrində işləyənlər təşkil edir.BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2016-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT “Azadlıq uğrunda 50” kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.Beynəlxalq Qul Əməyi ilə Mübarizə Günü dekabrın 2-də qeyd olunur. 1949-cu ilin həmin günü BMT-nin Baş Assambleyası tərəfindən insan ticarəti ilə mübarizə haqqında Konvensiya qəbul olunub.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23