Birləşmiş Millətlər Təşkilatının məlumatına görə…

18 İyul 2018 14:00

Xəbər 50 dəfə oxunub

İsti havalarda kondisionerdən istifadə edə bilməyən bir milyarddan çox insan risk altındadır. Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu fikirlər təşkilatın “Hamı üçün dayanıqlı enerji” tərəfdaşlıq proqramının hesabatında yer alıb.Proqramın rəhbəri, BMT baş katibinin xüsusi nümayəndəsi Reyçel Kayt hesabatın təqdimatı zamanı jurnalistlərə bildirib ki, 470 milyona yaxın insan yoxsul kəndlərdə yaşayır, onlar üçün təhlükəsiz ərzaq məhsulları və dərmanlar əlyetərli deyil. Habelə 630 milyon insan yoxsul şəhər məhəllələrində kondisioneri və güclü istilərdən müdafiəsi olmayan daxmalarda yaşayır.Sənəddə kondisioner olmadığı səbəbindən əhalinin böyük hissəsinin riskə məruz qaldığı doqquz ölkənin – Banqladeş, Braziliya, Pakistan, Nigeriya, İndoneziya, Hindistan, Çin, Mozambik və Sudanın adı sadalanır.Hesabatın müəllifləri hökumətləri, özəl sektor təmsilçilərini, sərmayədarları və vətəndaş cəmiyyətlərini daha çox insanın sərinləşdirici sistemlərdən istifadə etməsinə şərait yaratmağa çağırıblar. Digər tərəfdən, alıcılıq qabiliyyəti məhdud olan orta sinif nümayəndələrinin artması əlavə problem yaradır: 2,3 milyarda yaxın insan ucuz və keyfiyyətsiz kondisionerlərdən istifadə edir. Onlar isə enerji şəbəkəsində gərginliyi artırır və daha çox iqlim dəyişikliyinə səbəb olur. Məlumatlara görə, qlobal istiləşmənin 10 faizi soyuducu sistemlərin işləməsi ilə əlaqədardır.BMT baş katibinin xüsusi nümayəndəsi bu məsələyə ciddi yanaşmanın tərəfdarıdır. O, son illər müşahidə edilən ciddi temperatur dəyişikliklərini və insanların böyük bir hissəsinin qeyri-sabit hava şəraitindən asılı olduğunu xatırladıb.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18