Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında…

27 Noyabr 2018 12:56

Xəbər 175 dəfə oxunub

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin yeni hesabatında bildirilir ki, 2017-ci ildə öldürülən təxminən 87 min qadının yarısından çoxu öz partnyorları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.Azərtac xəbər verir ki, təşkilatın dəyərləndirməsinə görə, hesabat dövründə bütün dünyada təxminən 50 min qadın öldürülüb. Bu, hər gün 137, hər saat isə 6 qadının qətlə yetirilməsi deməkdir.“Qətl qurbanlarının böyük əksəriyyətinin kişilər olmasına baxmayaraq, gender bərabərsizliyi, ayrı-seçkilik və neqativ stereotiplərin nəticəsi hələ də qadınlara baha başa gəlir”, – deyə idarənin icraçı direktoru Yuri Fedotov dərc olunmuş hesabata daxil edilən bəyanatda bildirir.Hesabat Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə dərc edilib. Tədqiqatların nəticəsi, həmçinin göstərir ki, Afrika və Amerika qitəsində yaşayan qadınlar öz partnyorları və ailə üzvləri tərəfindən qətlə yetirilmə riskinə daha çox məruz qalırlar.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23