BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində

26 Sentyabr 2018 13:13

Xəbər 101 dəfə oxunub

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ümumi siyasi diskussiyalar keçirilib. Müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi haqqında öz illik məruzəsini təqdim edib.Azərtac xəbər verir ki, ənənəyə uyğun olaraq, Baş Assambleyanın kürsüsündən iştirakçılara ilk olaraq Braziliya və ABŞ prezidentləri Mişel Temer və Donald Tramp müraciət ediblər. Donald Tramp öz administrasiyasının uğurları barədə məlumat verib. Diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı yüksək templə inkişaf edir. Tramp əminliklə bildirib ki, tezliklə ABŞ-ın hərbi gücü ölkə tarixində ən yüksək səviyyəyə çatacaq. “ABŞ iki il əvvəl olduğundan daha güclü, təhlükəsiz və zəngindir”, – deyə Ağ evin sahibi vurğulayıb. Tramp əlavə edib ki, onun ölkəsi digər dövlətlərə necə yaşamağı öyrətmək niyyətində deyil: “ABŞ sizə necə yaşamağı və işləməyi söyləməyəcək. Sizdən ancaq bizim suverenliyimizə hörmətlə yanaşmağı xahiş edirik”.Baş Assambleyanın əsas tədbiri isə sentyabrın 26-na nəzərdə tutulan Təhlükəsizlik Şurasının iclasıdır. Bu iclasa ABŞ Prezidenti sədrlik edəcək.xeber100.com

Reklam

Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 13:27