BMT Təhlükəsizlik Şurasının təcili iclası çağrılıb

15 May 2018 16:17

Xəbər 241 dəfə oxunub

Küveyt Dövləti Qəzza sektorunda etiraz aksiyalarının qarşısının İsrail tərəfindən sərt müdaxilə tədbirləri ilə alınması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına Qəzza sektorunda ciddi etirazlar edən fələstinlilərə qarşı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 52 nəfər həlak olub. Yaralananların sayı isə 2410-a çatıb.Qeyd edək ki, bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirilib.xeber100.com

Reklam