BMT Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir

10 May 2018 15:32

Xəbər 179 dəfə oxunub

Yaponiya, Çin və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının həyata keçirilməsinə tərəfdardırlar.Azərtac xəbər verir ki, bu barədə Baş nazir Şinzo Abe üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Yaponiya, Çin və Cənubi Koreya liderlərinin qəbul etdiyi birgə bəyannamə barədə məlumat verərkən bildirib.“BMT Təhlükəsizlik Şurasının qətnamələri tam həyata keçirilməlidir. Bu, bizim üç ölkənin vahid mövqeyidir. Qarşıda duran kompleks vəzifələrin həlli üçün üç ölkə razılaşdırılmış şəkildə hərəkət edəcəklər. Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə, Şimal-Şərqi Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə istiqamətlənən bu yaxşı imkandan faydalanmaq üçün beynəlxalq ictimaiyyətlə əlaqələri gücləndirmək və Şimali Koreya tərəfindən konkret addımlara nail olmaq lazımdır”, – deyə Baş nazir vurğulayıb.xeber100.com

Reklam