Boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib

25 Aprel 2018 11:43

Xəbər 96 dəfə oxunub

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.Azərtac xəbər verir ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. N.Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.xeber100.com

Reklam

İspaniya çempionatının 19-cu turunda 400-cü qol vurulub

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi La Liqanın 19-cu turunda “Eybar”la oyunun 53-cü dəqiqəsində rəqib komandanın qapısına yol tapmaqla İspaniya çempionatında 400-cü qolunu vurub.Azərtac “Barselona”nın saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu İspaniya çempionatlarında meydana çıxdığı 435 oyunda 400 dəfə fərqlənib. Onun məhsuldarlıq göstəricisi orta hesabla 0,92 faiz təşkil edir.Messi La Liqanın 90 illik tarixində ən çox qol vuran futbolçudur. “Real Madrid”in sabiq hücumçusu Kriştiano Ronaldo 311 qol ilə siyahıda ikinci yerdədir. Siyahıda digər yerlərdə Telmo Zarra (251), Huqo Sançez (234) və Raul Qonzales (228) qərarlaşıblar.Argentinalı forvard bu göstərici ilə həm də Avropanın beş böyük milli çempionatında ən çox qol vuran futbolçular arasında da liderdir. Belə ki, 1965-1979-cu illərdə “Bavariya”nın sabiq hücumçusu Gerd Müller 365, 1957-1971-ci illərdə “Çelsi”, “Tottenhem” və “Vest Hem”də forma geyən ingiltərəli forvard Cimmi Qrivs isə 357 dəfə fərqləniblər.Messi karyerası ərzində “Barselona”nın heyətində indiyədək 659 oyunda 575 qol vurub və 224 məhsuldar ötürmə verib. Argentinalı futbolçu cari mövsümdə La Liqada 17 oyunda 17 dəfə adını tabloya yazdırıb.Hücumçu Argentina millisinin heyətində 128 oyunda 65 qol vurub.xeber100.com

Yanvar 14, 2019 09:36