Boksçular arasında keçirilən turnirin qalibləri müəyyənləşəcək

14 May 2018 14:32

Xəbər 26 dəfə oxunub

Bu gün yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinin qalibləri müəyyənləşəcək.Azərtac xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın yarımfinal mərhələsində 26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. Yeddi idmançımız isə turniri bürünc medalla başa vurub.Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparır. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunur. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.xeber100.com

 

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53