“Bournemouth” futbol klubu iki futbolçu transfer edib

5 Yanvar 2019 10:47

Xəbər 51 dəfə oxunub

İngiltərənin “Bournemouth” klubu “Liverpul”un iki futbolçusunu transfer edib.Azərtac “Bournemouth” klubunun saytına istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi Nataniel Klayn icarə əsasında yeni komandada forma geyəcək. İyirmi bir yaşlı hücumçu Dominik Solanke ilə isə birdəfəlik müqavilə imzalanıb. “Bournemouth” bu futbolçunun transferi üçün “Liverpul”a 19 milyon funt sterlinq ödəyib.Xatırladaq ki, D.Solanke cari mövsümdə “Liverpul”un heyətində 27, N.Klayn isə 5 oyunda meydana çıxıb.Hər iki futbolçu İngiltərə millisinin də heyətində yer alıb.xeber100.com

Reklam