Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq oluna bilər

1 Fevral 2019 13:56

Xəbər 59 dəfə oxunub

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Brexit prosesindən sonra Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə razılığa gəlib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının fevralın 1-də Brüsseldə yayımlanan bəyanatında bildirilir.“Aİ səfirləri Brexit prosesindən sonra qısa müddət ərzində (istənilən 180 gün ərzində 90 gün) Şengen zonasına gələn Böyük Britaniya vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə razılığa gəlib”, – bəyanatda belə deyilir.Sənədə əsasən, səfirlər Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinə bu qərarın qanunvericilik səviyyəsində reallaşdırılması üçün Avropa Parlamenti ilə danışıqlara başlamağı tapşırıb. Bununla yanaşı, Şura bu tədbirlərin qarşılıqlı olacağını qeyd edib.xeber100.com

Reklam