“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək

7 May 2019 13:09

Xəbər 46 dəfə oxunub

Mayın 10-da Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək.Azərtac xəbər verir ki, üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq.Xatırladaq ki, “Böyük dəbilqə” turniri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da keçiriləcək.xeber100.com

11-ci Avropa çempionatının ikinci günü davam edir

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.Milli.az xəbər verir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qruplarda, eləcə də aero-dans proqramında çıxışları olacaq.İkinci yarış günündə Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edir.Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.xeber100.com

May 25, 2019 14:05

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq. Beləliklə, çempionatın final mərhələsində 32 milli komanda mübarizə aparacaq.Azərtac xəbər verir ki, FIFA rəsmiləri bu barədə məlumatı təsdiqləyiblər.Məlumatda qeyd edilib ki, çempionatın finalında iştirak edəcək ölkələrinin sayının 32-dən 48-dək artırılması 2022-ci ildə deyil, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 23-cü mundialda baş tutacaq. Açıqlamada, həmçinin bildirilib ki, mühüm iştirakçı tərəflərlə aparılan müfəssəl və ciddi məsləhətləşmələrdən sonra növbəti çempionatda hazırkı şərtlər altında komandaların sayının artırılmasına dair təklifin irəli sürülməməsi barədə qərar qəbul edilib. Buna görə də FIFA-nın iyunun 5-də Parisdə keçiriləcək Konqresində növbəti çempionat üçün 48 komandanın iştirakına dair ssenari təqdim edilməyəcək.Xatırladaq ki, FIFA prezidenti Cianni İnfantino müxtəlif irimiqyaslı futbol turnirlərində iştirakçı komandaların sayının artırılmasının əsas tərəfdarıdır. Bununla da bir tərəfdən belə mötəbər yarışda daha çox ölkənin iştirak etmə şansına malik olması və həmin ölkələrdə futbola marağın yüksəlməsi, digər tərəfdən isə FIFA-nın təşkilatçı kimi gəlirlərinin artması hədəflənir.xeber100.com

May 23, 2019 11:19