“Brexit” Britaniya üçün ağır nəticələr verə bilər?!

15 Oktyabr 2017 17:07

Xəbər 227 dəfə oxunub

Avropa İttifaqı (Aİ) ilə heç bir razılıq əldə etmədən “Brexit” baş verərsə, bu, Birləşmiş Krallıq üçün ciddi risk deməkdir və nəticələri ağır ola bilər.Bu fikirləri ABŞ-ın sabiq xarici işlər naziri Hilari Klinton “BBC” telekanalına “Brexit” ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Aİ ilə razılığa gəlməmək, ittifaq üzvləri ilə ticarətdən məhrum olmaq deməkdir. Bundan başqa, ölkə biznes sahəsində də ciddi təzyiqlər ilə üzləşəcək, bu isə iqtisadi sosial sistemin pozulmasına gətirib çıxaracaq.Qeyd edək ki, Hilari Klinton dünyada uşaqların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə “Swansea” Universitetinin fəxri diplomuna layiq görülüb və bu münasibətlə Britaniyada səfərdədir.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18