“British Journal of Clinical Pharmacology” jurnalı yazır…

18 May 2018 14:49

Xəbər 801 dəfə oxunub

Tayvan alimləri dünyada ən geniş yayılmış beş ağrıkəsicinin nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırıblar.“RİA Novosti”  xəbər verir ki, tədqiqatın nəticələri “British Journal of Clinical Pharmacology” jurnalında dərc edilib.Alimlər yüksək təzyiqdən əziyyət çəkən 56 min pasiyent barədə məlumata istinad ediblər. Məlum olub ki, ibupren, diklofenak, tselekoksib, mefenamik turşusu və naproksen preparatları ürəktutmasına və insulta səbəb olur. Orta hesabla ibupren qəbul edən 330 nəfərdən birində dörd həftə ərzində ürəktutması və ya insult qeydə alınıb. Tselekoksib daha təhlükəli preparatdır, çünki orta hesabla 105 xəstədən biri eyni nəticə ilə üzləşib.Müvafiq olaraq diklofenak və naproksen qəbul edən xəstələrdə isə orta hesabla 245 və 214 nəfərdən biri ürəktutmasına və insulta məruz qalıb.Bu preparatlar arasında ən təhlükəsizi mefenamik turşusudur, çünki orta hesabla 394 xəstədən birində ürəktutması müşahidə olunub.Daha əvvəl məlum olub ki, ibupren qəbul edən kişilər sonsuzluq problemi ilə üzləşə bilərlər. İbupren hamiləliyin ilk üç ayında qadın cinsindən olan dölün fertilliyinə də pis təsir göstərir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05