Büdcə layihəsi ölkənin parlamentinə təqdim edilib

24 Oktyabr 2018 15:46

Xəbər 241 dəfə oxunub

Portuqaliya hökuməti 2019-cu il üçün büdcə layihəsini ölkənin parlamentinə təqdim edib.Azərtac xəbər verir ki, sənəddə müdafiə məqsədləri üçün 2,339 milyard avro ayrılması nəzərdə tutulur. Göstərilən məbləğ 2018-ci ildə bu məqsədlər üçün nəzərdə tutulan xərcləri 17,5 faiz (1,91 milyard avro) üstələyir.“Jane’s Defence Weekly”nin məlumatına görə, hökumət 2019-cu ildə texnika və silah-sursat alınmasına 275 milyon avro, digər ölkələrlə hərbi əməkdaşlığa 6,9 milyon avro, Portuqaliya hərbi hissələrinin sülhməramlı missiyalarda iştirakının maliyyələşdirilməsinə 60 milyon avro (bununla yanaşı, BMT əlavə olaraq 5 milyon avro verəcək) ayrılmasını təklif edir. Portuqaliya, həmçinin tədqiqat layihələrinin maliyyələşdirilməsinə 10,58 milyon avro ayırmağı planlaşdırır.Parlament büdcə layihəsini noyabrın 29-da müzakirə edəcək.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23