Buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

14 Mart 2019 13:58

Xəbər 45 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2019-cu il tarixində respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcəkdir.DİM-dən Trend-ə verilən məlumata görə, həmin gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi‑müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.xeber100.com

Reklam

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

Bu gün ölkəmizin 27 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.Trend-ə Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.Dövlət İmtahan Mərkəzi Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.Bu gün ümumilikdə 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahan saat 11:00-da başlayacaq.IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 91 imtahan mərkəzi ayrılıb.İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685 ) şagirdin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.xeber100.com

Mart 10, 2019 15:22

Dövlət İmtahan Mərkəzi ümumi müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 28-də 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.DİM-dən Azərtac-a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.Ən yüksək vəzifələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3 vəzifə, Dövlət Statistika Komitəsində 7 vəzifə, Dövlət Turizm Agentliyində 2 vəzifə, Əqli Mülkiyyət Agentliyində 4 vəzifə, Mədəniyyət Nazirliyində 5 vəzifə, Təhsil Nazirliyində 2 vəzifə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə, Gəncə Hərbi Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Masallı Rayon Məhkəməsində 2 vəzifə olmaqla 29 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 28-dən martın 30-dək (30 gün müddətində) DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.xeber100.com

Fevral 28, 2019 13:08

2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.DİM-dən Azərtac-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2019-cu il aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2019-cu il iyulun 14-də keçiriləcək.Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.xeber100.com  

Fevral 14, 2019 13:07