“Buxarest doqquzluğu” liderlərinin sammitində

8 İyun 2018 16:25

Xəbər 91 dəfə oxunub

Polşanın paytaxtında “Buxarest doqquzluğu” Şimali Atlantika Alyansının şərq cinahı ölkələrinin daxil olduğu liderlərinin sammiti başlanıb.Azərtac xəbər verir ki, danışıqlarda əsasən regionda təhlükəsizlik və NATO-nun Brüsseldə keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.Polşa Prezidenti Ancey Duda ümidvar olduğunu bildirib ki, NATO sammitində “Avropanın bizə aid hissəsində təhlükəsizlik və əməkdaşlıq şəraiti perspektivlərini işləyib hazırlamaq mümkün olacaq”.Bununla bərabər prezident qeyd edib ki, Buxarest doqquzluğu “360 dərəcə” prinsipinə riayət edir, yəni bütün Şimali Atlantika Alyansı ərazisində və potensial təhdid mövcud olan yerlərdə təhlükəsizliyin qayğısına qalır.“Buxarest doqquzluğu”nun Varşavada keçirilən sammiti çərçivəsində siyasi sessiya ilə bərabər NATO-nun Avropadakı sabiq komandanlarının iştirakı ilə militar sessiya da keçiriləcək.xeber100.com

Reklam

“Türk axını” qaz boru kəmərinin inşası tamamlanıb

“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) ikinci xəttinin inşası tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, Rusiyanın xüsusi iqtisadi zonasında “TurkStream”in ikinci xətti tikintisi yekunlaşıb. İndiyə qədər iki xətt üzrə 1520 kilometrdən çox boru döşənib, yəni “TurkStream”in dəniz hissəsinin 80 faizi tamamlanıb.Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.Türkiyədəki təbii qaz qəbulu terminalı İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.xeber100.com

Sentyabr 7, 2018 15:13

“Google”un rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur

Sentyabrın 4-də “Google”un özəl şirkət qismində rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur. Bu müddətdə “Google” kiçik firmadan tutmuş bir çox texnoloji sahələrlə məşğul olan transmilli korporasiyaya qədər inkişaf yolu keçib. Lakin şirkətin ad günü ilə bağlı indi də mübahisələr var.TASS informasiya agentliyi xəbər verir ki, “Google” axtarış sisteminin tarixi 1996-cı ildən – Stenford Universitetində (Kaliforniya ştatı, ABŞ) təhsil alan Larri Peyc və Sergey Brinin internet-axtarış sisteminə dair öz elmi-tədqiqat layihələrini işə saldığı vaxtdan başlanıb. Onlar yeni sistemi “BackRub” adlandırıblar, lakin sonra buna “Google” adı verilib. “Google” onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd deməkdir.Şirkətin domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib. Mütəxəssislərin çoxu şirkətin tarixinin onun özəl müəssisə kimi qeydiyyata düşdüyü vaxtdan – yəni 1998-ci il sentyabrın 4-dən hesablanmasının tərəfdarıdırlar. Lakin şirkətin özündə bu məsələyə başqa cür yanaşılır. Korporasiyanın rəsmi saytında qeyd edilir ki, “Google”un ad günü sentyabrın 27-nə təsadüf edir, lakin bu tarixin seçilmə səbəbi göstərilmir. “The New York Times” isə yazır ki, şirkət 2006-cı ildən başlayaraq ad gününü məhz bu tarixdə qeyd edir. Hətta 2013-cü ildə “Google” öz bloqunda etiraf edib ki, əməkdaşlar şirkətin rəsmi ad gününün vaxtını dəqiq bilmir.“Google” ABŞ-ın hökumət dairələri ilə əməkdaşlıq etsə də, tez-tez tənqid olunur. Məsələn, ABŞ Prezidenti Donald Tramp ötən həftə bildirib ki, onun haqqında xəbərlər axtarışında “Google” ilk növbədə “yalançı KİV-lərin xəbərlərini” önə çəkir. Şirkətdə isə bu fikir təkzib edilib, xəbərlərin təsnifatının siyasi motivlərlə bağlı olmadığı vurğulanıb. Qeyd olunub ki, “Google”da axtarış sistemini işləyib hazırlayanlar daim bunun daha da yaxşılaşdırılması üzərində çalışır və cəmiyyətdə siyasi əhval-ruhiyyəni manipulyasiya etmək məqsədilə siyasi motivləri sıralamırlar.xeber100.com

Sentyabr 4, 2018 10:28

Yaponiya hökuməti sülh müqaviləsini imzalamaq niyyətindədir

Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışır və hər iki tərəf üçün məqbul əsaslarla sülh müqaviləsini imzalamaq niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.“Biz ərazi mübahisəsinin həllinə çalışırıq, həmçinin Yaponiya və Rusiya üçün məqbul variant çərçivəsində gələcəyə istiqamətlənmiş sülh müqaviləsini imzalamaq niyyətindəyik”, -deyə baş katib bildirib.Bununla yanaşı, Y.Suqa qeyd edib ki, dörd şimal adasında Rusiyanın hərbi iştirakının güclənməsi Yaponiyanın mövqeyi ilə üst-üstə düşmür. “Biz müxtəlif imkanlardan istifadə edərək, buna etirazımızı bildirmişik. Bu məsələnin fundamental həlli üçün “şimal əraziləri” problemini bütünlüklə həll etmək lazımdır”, - deyə baş katib vurğulayıb.Ötən əsrin ortalarından başlayaraq Yaponiya və Rusiya İkinci Dünya müharibəsinin yekunları ilə əlaqədar sülh müqaviləsini imzalamaq üçün fasilələrlə məsləhətləşmələr aparırlar. Müqavilənin imzalanmasına əsas maneə Kuril adalarının cənubunda yerləşən adaların kimə məxsusluğu məsələsidir. İturup, Kunaşir, Şikotan və Yaponiyanın Habomai adlandırdığı Kiçik Kuril silsiləsinə daxil olan bir sıra adalar müharibənin yekunu olaraq SSRİ-nin tərkibinə daxil edilib. Lakin Tokio bu adaların Yaponiyaya məxsus olduğunu iddia edir. Rusiya tərəfi isə bildirir ki, beynəlxalq hüquqa əsasən rəsmi Moskvanın bu adalar üzərində suverenliyi heç bir şübhə doğurmur.xeber100.com  

Sentyabr 3, 2018 12:00

ABŞ-ın “Time” jurnalı yazır…

ABŞ-da nəşr olunan "Time" jurnalı dünyada əm görməli yerlərin siyahısını açıqlayıb.Milli.az bildirir ki, bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkıdır. 2017-ci ildə açılan park "Avatar" filmində heyran qaldığımız, ovsunlayan parıltılı meşələr kimi düzəldilib. Bu parkda gəzinti sizi "Avatar" filminin içində hiss etdirəcək.Görülməli yerlərdən biri Cənubi Koreyanın paytaxtı Seulda yerləşən "Seoullo 7017" adlı parkdır. Parkda 200 müxtəlif yerli ağac, bitki və çiçək növü var. Bu park göydə olan bağçanı canlandırır. Eyni zamanda burada Cənubi Koreyanın təbii irsi nümayiş etdirilir. "Seoullo 7017" həftənin 7 günü 24 saat ərzində xalqa açıqdır.Cənubi Afrika Respublikasında "Zeitz" Afrika Müasir İncəsənət Muzeyi dünyada Afrika müasir incəsənət əsərlərinə ayrılmış ən böyük muzeydir. 9 mərtəbədən ibarət olan muzey bütövlükdə 9500 kvadratmetr sahəni əhatə edir.Səudiyyə Ərəbistanında Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi dünyanın görməli yerlərindən biridir. 10 ildir tikintisi davam edən Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzində kitabxana, muzey, sərgi və kino salonları və s. yerləşir. Kompleksin mərkəzində ucalan monolit bir qüllə var.Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Roma İmperiyasının tanrısı "Mithra" adına inşa edilmiş yeraltı məbəd görməli yerlərdən biridir. Bura qısa bir müddət əvvəl geniş rekonstruksiya işləri tamamlandıqdan sonra əhalinin ziyarətinə açılıb.Vyetnamda "Ba Na" təpələri üzərində qurulan qızıl körpü ölkənin son dövrdəki ən populyar məkanı halına gəlməyi bacardı. Körpü fantastik əsərləri xatırladır. 150 metrlik qızıl körpüyə gələn ziyarətçi sayının 1.5 milyon nəfəri aşması gözlənilir. 2 milyard dollara inşa edilib. Qızıl körpünün ən cəlbedici xüsusiyyətlərindən biri də dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olmasıdır.xeber100.com

Sentyabr 1, 2018 22:03