“C-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçiriləcək

7 May 2019 14:46

Xəbər 56 dəfə oxunub

Türkiyə hərbçiləri Rusiyada “C-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçəcəklər.Hərbi-diplomatik mənbələrdən TASS agentliyinə verilən məlumata görə, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “C-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək. Mənbənin məlumatına görə, Çin hərbi qulluqçuları da mart ayından başlayaraq bu raket sistemlərinin istismarını öyrənirlər. Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23