“Nadir kitab fondunun inciləri” təqdim olunub

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nadir kitab fondunun inciləri” təqdim olunub.MEK-dən Azərtac-a bildiriblər ki, tədbirdə kitabxananın direktoru Leyla İmanova belə təqdimatların keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, “Azərbaycan tarixi dünya rəssamlarının əsərində" albomunun çapa verildiyini və bir neçə ay ərzində istifadə olunacağını qeyd edib.Bildirilib ki, hazırda nadir fondda 15 min 37 kitab qorunub saxlanılır. Bunlardan 759-u XX əsrin 30-cu illərində Azərbaycan dilində nəşr olunmuş ədəbiyyatdır. Fondun tərkibini nəşr tarixinə, ölçülərinə görə incilər sayılan kitablar təşkil edir. Fondda nəşr tarixinə görə ən qədim kitab 1508-ci ildə qədim latın dilində çap olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adlı ədəbiyyatdır. Nadir fondun həcmcə ən iri kitabı (54x64 sm) Edvard Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebıl – London, 1893” əsəridir. Ən kiçik kitab (3,5x4,5 sm) Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir. Fondda tərtibatı ilə xüsusi olaraq seçilən ədəbiyyat isə firuzə qaşlarla bəzədilmiş “Ebers G.Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879” kitabıdır.Qeyd olunub ki, “Azərbaycan miniatürləri”, “Azərbaycan tarixi muzeyinin sikkə kolleksiyası” və “Azərbaycanın sikkələri” kimi nəşrlər də fondun incilərindən sayılır.xeber100.com

Mart 4, 2017 11:54

Mərkəzi Elmi Kitabxanada tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Ziya Bünyadovun həyat və fəaliyyətinə həsr olunan tədbir keçirilib.Tədbiri açan MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib. Tədbirdə MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova təqdimatla çıxış edib. Ziya Bünyadovun alimlik dərəcəsi alıncaya qədərki təhsil mərhələlərindən, İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə təltiflərindən,  elmi və ictimai fəaliyyətindən söz açıb: “50-ci illərin ortasından öz taleyini həmişəlik Akademiyaya bağlamış Z.Bünyadov AMEA-nın vitse-prezidenti vəzifəsinə qədər uzun illər A. Bakıxanov adına Tarix İnstitutunda və Şərqşünaslıq İnstitutuna müxtəlif vəzifələrdə çalışıb. Tarix elmini öz samballı tədqiqatları ilə zənginləşdirmək istiqamətində fəaliyyətinə görə Ziya müəllim 1967-ci ildə Akademiyanın müxbir üzvü, 1979-cu ildə isə həqiqi üzvü seçilib”.Tədbirdə akademik Ziya Bünyadovun müəllifi olduğu kitablardan danışılıb. Bildirilib ki, alimin əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və bir sıra başqa ölkələrində nəşr olunub. Dünyanın tanınmış alimlərinin əsərləri onun tərəfindən ingilis, ərəb, rus və türk dillərindən tərcümə edilib. Alimin ən yaddaqalan töhfəsi isə akademik Vasim Məmmədəliyevlə birlikdə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsi olub.Təqdimatda Ziya Bünyadovun kitablarından ibarət slayd və onun haqda film təqdim edildi.xeber100.com

Fevral 17, 2017 2:08