14 fevral beynəlxalq kitab bağışlama günüdür

Dünya əhalisi fevralın 14-nü beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Azərtac xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.xeber100.com

Fevral 14, 2018 2:05

“İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsi müsabiqə elan edib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ədəbiyyat müsabiqəsi elan edib.Qoruq İdarəsindən Azərtac-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır.Müəlliflər üçün janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr sərbəstdir. Müsabiqəyə təqdim edilən əsərdə Bakı şəhərinin tarixi yerləri də təsvir edilə bilər, yaxud əksinə, mətndə şəhərin ayrı-ayrı guşələri təsvir olunan hadisələrin fonu kimi də təqdim oluna, təxəyyül məhsulu ilə gerçək hadisələr qovuşa da bilər. Hadisələrin İçərişəhərin dolanbac küçələrində və yaxud şəhərdən uzaq bir qəsəbədə də baş verməsi mümkündür, qəhrəmanlar şəhər sakinləri də, başqaları da ola bilər. Həmçinin hekayə uydurma da ola bilər, özünüzün və ya başqalarının şahidi olduğu gerçək hadisə də. Ailə əhvalatını danışmaq, yaxud bioqrafik bədii nəsr yazılması da müəllifin seçimidir.Azərbaycan, ingilis və rus dillərində qəbul olunan mətnlərin həcm boşluqlarla birgə 42 min işarədən -10 çap səhifəsi və ümumən 2500 sözdən artıq olmamalıdır.Münsiflər heyəti kitabda dərc etmək üçün 20 finalçı seçəcək.Tanınmış münsiflər heyətinin qiymətləndirilməsinə əsasən müsabiqənin I, II, III yerin sahibləri müvafiq olaraq 3000, 1500, 1500 manat məbləğində mükafat alacaqlar.Müsabiqə qaliblərinin əsərləri Bakı haqqında almanaxda dərc olunacaq.xeber100.com    

Yanvar 17, 2018 12:03