“Kapital Bank” ölkənin bir sıra regionlarında yarmarkalar təşkil edir

"Kapital Bank" ölkənin bir sıra regionlarında "BirKart" yarmarkaları təşkil edir. Yarmarkaya "BirKart"ın onlarla tərəfdaşı qoşulub və müştərilərə endirimlər, taksit imkanları və digər güzəştlər təqdim edir. Yarmarkanı keçirməkdə məqsəd "BirKart" almaq istəyən müştərilərin və taksit layihəsinə qoşulan sahibkarların müraciətlərini qəbul edib, onları müvafiq filiallara yönəltmək, həmçinin müştərilərə partnyorlarda olan sərfəli şərtlər barədə məlumat verməkdir.Yarmarka may ayı ərzində 3 marşrut xətti üzrə bir sıra regionlarda keçiriləcək: Gəncə, Tovuz, Yevlax, Ağdaş, Şirvan, Ağcabədi, Quba, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Mingəçevir, Bərdə, İmişli, Masallı, Lənkəran və Astara.Qeyd edək ki, "BirKart"ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm "BirKart BOKT" MMC filiallarına, həmçinin "Kapital Bank"ın istənilən digər filiallarına müraciət edə bilərlər.xeber100.com

Aprel 29, 2019 12:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə…

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub.Nazirlikdən Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb. Bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov vurğulayıb ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 8 təşkilatdan 86 boş iş yerinin çıxarıldığı tədbirdə 13 nəfərə işə göndəriş verilib.xeber100.com

Aprel 15, 2019 12:50