Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə…

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah 16:00-dan 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan faciə hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş verən son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu aksiyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq.Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.xeber100.com

İyul 7, 2017 2:07

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müraciəti

Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin Zaparojye vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma "erməni soyqırımı"nın ildönümü ilə bağlı müraciətinə etiraz olaraq ölkə parlamenti sədri Andrey Parubiyə müraciət ediblər.Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) apa-ya bildirilib ki, müraciətdə belə bir məsələnin parlamentdə müzakirəsinin Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirəcəyi, əlaqələrə zərbə vuracağı qeyd olunub:"Türkiyə dəfələrlə arxivlərin açılmasını, məsələni tarxiçilərinin araşdırmasını təklif edib. Ermənilər özü keçən əsrdə dəfələrlə digər xalqların nümayəndələrinin soyqırımına əl atıb. Hətta əsrin sonunda Xocalı soyqırımına imza atmaqla azərbaycanlıların kütləvi qırılmasına səbəb olub. Ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır. Sübut olunmamış soyqırımı faktının etirafı Ukrayna prezidenti və ölkənin Nazirlər Kabinetini Azərbaycanla əməkdaşlığı yeni müstəviyə çıxartmaq üçün xeyli səylər ortaya qoyduğu ərəfədə arzuolunmazdır".Sənəddə, həmçinin, vurğulanıb ki, Ukraynanın təşəbbüsü ilə Azərbaycan və  Türkiyə ilə yeni iri layihələrin başlanmasına start verildiyi ərəfədə "belə saxta iddialar ətrafında ləkələyici müzakirələr ilk növbədə ukraynalıların mənafeyinə ziddir".Həmçinin  Ukraynanın məruz qaldığı Krımın ilhaqı və Donbasdakı münaqişə ilə bağlı Ermənistanın əks mövqe sərgiləməsini, Azərbaycan və Türkiyənin isə daim dəstək verməsi də xatırladılıb.Onu da qeyd edək ki, məsələ ilə bağlı Ukrayna parlamentinin Azərbaycan üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy UABD sədri Hikmət Cavadovla danışıb və məsələnin diqqətdə saxlayacaqlarını bildirib.xeber100.com

Aprel 18, 2017 2:12

Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı…

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edirlər ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini bildirən təşkilat üzvləri qeyd edirlər ki, Konqres on ildən artıqdır iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətinin Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir”, – deyə Belarus azərbaycanlıları qeyd edirlər.Bəyanatda deyilir: “Biz, Belarusda yaşayan azərbaycanlılar digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətlərimə malikik və birlikdə çoxlu tədbirlər, aksiyalar keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”.“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək.

Aprel 6, 2017 3:01

Diasporla İş üzrə Dövlət Komitəsinin açıqlaması…

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (UAK) ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda, Rusiyadakı çoxmilyonlu Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.Azətac xəbər verir ki, bu fikir Diasporla İş üzrə Dövlət Komitəsinin açıqlamasında yer alıb.Açıqlamada olan bəzi məqamları diqqətinizə çatdırırıq: “Azərbaycan və Rusiyanın müvafiq dövlət orqanları ilə qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olan ÜAK-ın fəaliyyəti xalqlarımızı birləşdirən çохəsrlik dostluq ənənələrinə əsaslanıb, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verməyə xidmət edib. Azərbaycan ictimaiyyəti, eyni zamanda, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcək”.xeber100.com

Aprel 3, 2017 12:34