Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə…

Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkənin ən böyük milli qoruqlarından biri olan Ba Vi milli parkında Novruz bayramı münasibətilə şənlik keçirilib.Tədbirdə assosiasiya üzvləri, Vyetnamın dövlət və özəl strukturlarında, o cümlədən Kommunist Partiyası, parlament, Ədliyyə Nazirliyində, “PetroVietnam”, “VietsovPetro” şirkətində çalışan Azərbaycan ali təhsil ocaqlarının 150-ə yaxın məzunu, onların ailə üzvləri, KİV nümayəndələri iştirak edib.Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Novruz adət-ənənələri barədə geniş məlumat verib və ölkəmizdə hər il Novruz bayramının dövlət səviyyəsində təmtəraqla keçirildiyini diqqətə çatdırıb.Vyetnam parlamentinin deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqiem Vu Xay Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları adından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, vyetnamlı məzunların Azərbaycanda təhsil aldıqları zaman xalqımızın zəngin tarixi və mədəni irsi barədə geniş məlumat əldə etdiklərini bildirib, Azərbaycan xalqının sülhsevərliyinin və qonaqpərvərliyinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb.Nqiem Vu Xay məhz bu səbəbdən illər ötməsinə baxmayaraq, vyetnamlı məzunların hər zaman Azərbaycanı sevdiklərini, həyatda qazandıqları uğurlara görə ölkəmizə borclu olduqlarını deyib.xeber100.com      

Mart 21, 2017 5:11

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə…

Azərbaycanın Moldovadakı səfirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişineuda Novruz şənliyi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Türkiyə, ABŞ, Rusiya, Çexiya, Gürcüstan, Macarıstan, Qətər, Belarus səfirləri, o cümlədən Moldovada akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik korpusunun, Moldova dövlət orqanlarının nümayəndələri, elm və incəsənət xadimləri, hökumət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, Azərbaycan diasporun üzvləri, azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.Tədbirdə çıxış edən Moldova Azərbaycanlılarının Konqresinin rəhbəri Vüqar Novruzov qeyd edib ki, zəngin bayram mədəniyyətini əks etdirən Novruz bayramının Kişineuda qeyd olunması artıq ənənə halı alıb.Moldova parlamentinin sədr müavini Liliana Polixoviç Moldova ilə Azərbaycan xalqlarının mədəniyyət və adət-ənənələrinin oxşarlığını qeyd edib. Həmçinin parlament nümayəndəsi bu ölkədə yaşayan azərbaycanlılardan, onların Moldova cəmiyyətinə inteqrasiyasından söz açıb.Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bayram münasibətilə qonaqları təbrik edərək, Novruzun xalqımızın ən sevimli bayramlarından biri olduğunu vurğulayıb. "Novruz bayramı yazın gəlməsinin, təbiətin oyanmasının və yenilənməsinin rəmzidir. Moldovada isə bu bayram "Martişor" adlanır. Bu bayramın qeyd edilməsi xalqlarımızı birləşdirən oxşarlıqlardan biridir", - deyə diplomat bildirib.xeber100.com  

Mart 20, 2017 7:12

Avropa Azərbaycan Cəmiyyətinin məlumatı

Almaniya Bundestaqının bir qrup üzvü Uve Feiler, Olav Qattinq, Hans Mişelbax, Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul ediblər.Bu barədə Azərtac-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib. TEAS-a daxil olan bəyanatda deyilir ki, fevralın 25–dən 26-na keçən gecə Xocalı qətliamının 25-ci ildönümü qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilib. Xocalı qırğınında 106 qadın, 63 azyaşlı uşaq və 70 ahıl insan öldürülüb.Sənəddə vurğulanır ki, 1988-1994-cü illərdə Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ münaqişəsi başlamışdı. Bu bölgə əhalisi həm etnik azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region idi. Lakin Sovet İttifaqı dağıldıqda bu region Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və nəticədə azərbaycanlı əhali ərazidən qovulmuş, təxminən 30 min insan isə həyatını itirmişdir. 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək, Ermənistan qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk qrupuna həvalə edilib.xeber100.com

Mart 14, 2017 1:11

Azərbaycan diasporu Parisdə etiraz aksiyası keçirib

Azərbaycan diaspor təşkilatları Parisin mərkəzindəki Trokadero meydanında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətliamına əmr verən Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.Paris Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiya iştirakçıları turistlərlə dolu meydanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı 7 rayonda Ermənistan silahlı qüvvələrinin apardığı etnik təmizləmə siyasətindən, Xocalı qətliamından danışıblar. Ermənistan prezidenti Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.Ermənistan prezidentinin mətbuatda Xocalı soyqırımının törədilməsinə əmr verdiyini dəfələrlə xatırladaraq təsdiqlədiyi bildirilib. Qeyd edilib ki, S.Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların əməlinə görə yox, aid olduqları etnik mənşəyə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.xeber100.com

Mart 9, 2017 2:48

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.Azərtac xəbər verir ki, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı, türk, İran, tatar və bir sıra xalqların diaspor nümayəndələri iştirak edib. Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəkləri vurğulanıb. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresi Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqırımı siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyini tələb ediblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqırımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salıblar, havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.xeber100.com

Fevral 26, 2017 12:06