Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib

Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması, ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.xeber100.com  

Sentyabr 3, 2023 12:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib

Mayın 15-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.Bütün qarşılaşmalar eyni saatda başlayıb."Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub."Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.xeber100.com

May 15, 2022 10:12

İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib

Oktyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə 7 görüş baş tutub.Turun ən gözlənilməz hesabı “Etihad” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” öz meydanında “Kristal Palas” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kristal Palas”ın heyətində Vilfrid Zaha (6) və Konor Qallaqher fərqləniblər. Matçın 44-cü dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Emerik Laport birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu qələbə sayəsində xal ehtiyatını 12-yə çatdıran “Kristal Palas” turnir cədvəlində 13-cü, “Mançester Siti” isə 20 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər gözlənilməz hesabı “Liverpul” və “Brayton” komandaları arasında qeydə alınıb. Mersessayd təmsilçisi oyunda iki top fərqi ilə üstünlük əldə etsə də hesabı qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Jordan Henderson, Sadio Manenin qollarına qonaqların futbolçuları Enok Mvepu və Leonardo Trossard cavab verib. Matçın 33-cü dəqiqəsində Sadio Mane penaltidən fərqlənmək fürsətini əldən verib. “Liverpul” 22 xalla ikinci, “Brayton” isə 16 xalla 7-ci yerdədir.Turun açılış görüşü “Kinq Pover” stadionunda “Lester” və “Arsenal” komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fərqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran “Arsenal” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, “Lester” isə 14 xalla onuncu yerdə qərarlaşıb.Qeyd edək ki, turun mərkəzi qarşılaşması “Tottenhem” və “Mançester Yunayted” komandaları arasında baş tutub. Həmin görüşdə ikinci hissə oynanılır.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Börnli” – “Bredford” - 3:1; “Vatford” – “Southemton” - 0:1; “Nyukasl Yunayted” – “Çelsi” - 0:3.xeber100.com  

Oktyabr 30, 2021 3:42