“İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası”…

Aprelin 12-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.Azərtac xəbər verir ki, konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə bildirib ki, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Halit Eren, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, tolerant, multikultural mühitdən, habelə Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsindən sonra görülən işlərdən danışıblar.xeber100.com

Aprel 12, 2017 12:03

Beynəlxalq konfrans keçirilir

Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir.Azərtac xəbər verir ki, müqəddəs Qurani-Kərimdən ayələr səsləndikdən sonra "Azərbaycanda multikulturalizm dəyərlər" filmi nümayiş olunub.Konfransın birinci bölməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə keçirilir.Allahşükür Paşazadə bildirib ki, əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir. "Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır", - deyə A.Paşazadə əlavə edib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri bildirib ki, torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması vacibdir.xeber100.com

Mart 15, 2017 1:35

Dini maarifləndirmə tədbiri keçirilib

Martın 2-də Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbər Əleyhissəlamın qızı Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş dini maarifləndirmə tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın Şəhadət gününə həsr edilən tədbirlərin ənənəvi xarakter aldığını bildirib.Şeyxülislam bildirib ki, Fatimeyi-Zəhranın bu günlərdə qeyd olunan Mövludu günü İslam dünyasında ən əlamətdar günlərdən biri sayılır. Tədbirdə çıxış edən İranın Ali Dini Liderinin Azərbaycandakı nümayəndəsi seyid Əli Əkbər Ocaqnejad qeyd edib ki, Peyğəmbərimizin xanım Fatimeyi-Zəhranın şəxsiyyəti barədə kəlamları kitablarda kifayət qədər nəql olub. Xanım Fatimə Peyğəmbərdən sonra yaşayan yeganə övladıdır. “Qurani-Kərim”in bir çox ayələrində, xüsusilə “Əhzab” surəsinin 33-cü ayəsində Peyğəmbər ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.Tədbirdə, həmçinin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, din xadimləri, ilahiyyatçı alimlər, Bakı İslam Universitetinin müəllim və tələbələri iştirak ediblər.xeber100.com

Mart 3, 2017 12:50

Dini radikalizm və ekstremizmlə mübarizə…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmlə mübarizəyə böyük önəm verir. Komitə müvafiq dövlət qurumları ilə birgə bu cür qruplara qarşı əsasən ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması istiqamətində mübarizə aparır.Bu fikri Azərtac-a məxsusi müsahibəsində son günlər dini ekstremist qruplara qarşı aparılan əməliyyatlara münasibət bildirərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini S.Heydərov deyib. O qeyd edib ki, dindən sui-istifadə edən bəzi xarici dairələrin ölkəmizlə bağlı arzuolunmaz maraqlarını nəzərə alsaq, Azərbaycanda dini radikalizm və ekstremizmin yayılmasına edilən cəhdlər ölkəmizin ictimai və milli təhlükəsizliyinə ciddi təhdiddir. Bu baxımdan dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər görülməkdədir.xeber100.com

Fevral 4, 2017 5:33